Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Nərminə Əli

Next Post

Süni mayalanma mütəxəssislərinin hazırlanması üçün yeni təlim başlayır

Ça Fev 2 , 2021
Kənd Təsərrüfatı Nazirliyi süni mayalanma mütəxəssislərinin hazırlığı üçün yeni təlimə başlayır. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) icra etdiyi layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 5 günlük təlim fevralın ilk həftəsində Göygöldəki Respublika Süni Mayalanma Mərkəzində keçiriləcək. Təlimdə iştirak üçün […]
Süni mayalanma mütəxəssislərinin hazırlanması üçün yeni təlim başlayır