Portağallı muss – ləzzətli desert

Portağallı muss – ləzzətli desert

İnqrediyentlər:

– 3 portağal

– 200 qr şəkər tozu

– 20 qr jelatin

Hazırlanması:

  1. Jelatinin üzərinə 200 ml soyuq qaynanmış su tökün. Jelatinin qablaşdırması üzərində göstərildiyi müddət ərzində saxlayın.
  2. Portağalın şirəsini sıxın, qabıqlarını qalın doğrayın. Qabıqların üzərinə 1 l su tökün, odun üzərinə qoyun, qaynamağa başlayandan sonra 10 dəqiqə qaynadın, süzün, soyudun (ilıq olmalıdır).
  3. Qabıqların suyuna şəkər tozu və şişmiş jelatin əlavə edin, odun üzərinə qoyun, qaynara düşənə qədər qızdırın (qaynatmayın!).
  4. Portağal şirəsini əlavə edin, oddan götürün, muss və ya dondurma üçün qablara tökün, 5-6 saat soyuducuda saxlayın.

Nuş olsun!

Nərminə Əli

Next Post

Əhali hökumətin COVID-19-a qarşı tədbirlərindən razıdır - SORĞU

Ça Fev 2 , 2021
“Gallup International” təşkilatı müxtəlif ölkələrdə koronavirusun yayılmasına qarşı hökumətin gördüyü işlərin necə dəyərləndirildiyinə dair rəy sorğusu keçirib. AzFood xəbər verir ki, 47 ölkədə 44 mindən artıq şəxs arasında keçirilən sorğu iştirakçılarının 54 faizi yerli hökumətin koronavirus epidemiyasının öhdəsindən uğurla gəldiyi, 42 faizi isə gələ bilməməsi qənaətindədir. Hökumətə göstərilən dəstək baxımdan […]
Əhali hökumətin COVID-19-a qarşı tədbirlərindən razıdır – SORĞU