AQTA videoçarx hazırlayıb

AQTA videoçarx hazırlayıb

Azərbaycan Respublikasının Qida Təhülkəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı həyata keçirdiyi maarifləndirmə işləri çərçivəsində yeni videoçarx hazırlayıb.

Bu barədə AzFood-a AQTA-dan məlumat verilib.

Eyni zamanda Agentliyin əməkdaşları tərəfindən Respublika üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Təqdim olunan videoçarxda sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməyə, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamağa dəvət olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət bərpa olunub.

Nərminə Əli

Next Post

Sabah hava yağmursuz olacaq

Be Fev 1 , 2021
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz […]
Sabah hava yağmursuz olacaq