İçi göbələklə doldurulmuş toyuq sobada

Ərzaqlar:

– 1-1.2 kq toyuq

– 300 qr şampinyon

– 1 baş soğan

– 3-4 diş sarımsaq

– 2 x.q. bitki yağı, duz, istiot (zövqə görə digər ədviyyatlar)

Hazırlanması:

  1. Soğanı xırda doğrayın, bitki yağında yumşalana qədər qızardın.
  2. Xırda doğranmış göbələk əlavə edin, qızardın, duz istiot vurun.
  3. Sarımsağı sarımsağəzənlə əzin, 2 x.q. bitki yağı ilə qarışdırın, duz, istiot vurun, qarışdırın.
  4. Göbələyi toyuğun içinə doldurun, dərini tikin, ayaqları iplə bağlayın.
  5. Toyuğun üzərinə sarımsaqlı qarışığı çəkin.
  6. Toyuğu tavaya qoyun, əvvəlcədən 180 C qədər qızıdırılmış sobada 1, 5 saat bişirin.

Nuş olsun!

Nərminə Əli

Next Post

Azərbaycanda yeni şirkət fəaliyyətə başladı

Bz Yan 31 , 2021
Bakıda yeni fəaliyyətə başlayan “Tovuz Retail” şirkəti layihələri barədə ictimaiyyətə məlumat verib. Özündə milli dəyərləri və qanunvericiliyin aliliyini ehtiva edən , vətənə millətə xidməti və ümumi maraqları şəxsi maraqlarından və çıxarlarından üstün tutan, yerli bazarda açıq və şəffaf rəqabətə stimul verən, xidmət keyfiyətini kəmiyyətdən önə çıxaran şirkət olaraq fəaliyyət göstərəciyin. Şirkətin […]