Daha 15 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu aşkar olunub

Daha 15 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu aşkar olunub

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə nəzarət tədbirlərini davam etdirir.

AzFood xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, yanvarın 28-də keçirilmiş monitorinqlər zamanı Xəzər rayonunda Elçin İbrahimova, Elşən Ağayevə məxsus mağazalarda, Nərimanov rayonunda Elşən İmanova məxsus ticarət obyektində, Valeh Bədəlova məxsus sexdə, Yasamal rayonunda “Ştutqart” MMC-yə məxsus mağazada, Tərgül Hacıyevaya məxsus iaşə obyektində, Nizami rayonunda Ədalət İbrahimova, Şahin Mehdiyevə, Vüqar Abbasova, Elmar Yusifliyə məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda Qədim Qafarova məxsus daş sexində, Binəqədi rayonunda Sübhan Adıgözəlova məxsus sexdə, “Öz Star” MMC-yə məxsus mağazada, Qaradağ rayonunda “Uluxanlı market”də, Səbail rayonunda Niyazi Namazova məxsus mağazada, ümumilikdə, 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Nərminə Əli

Next Post

Fındıq sahələrinin güzəştli sığortası başlayıb

Şb Yan 30 , 2021
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fındıq sahələrinin sığortalanması şərtləri açıqlanıb. Aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır. Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildiriblər ki, fermerlər və […]
Fındıq sahələrinin güzəştli sığortası başlayıb