Karantin qaydalarını pozaraq fəaliyyət göstərən dönərxana aşkarlandı

Karantin qaydalarını pozaraq fəaliyyət göstərən dönərxana aşkarlandı

Qubada karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən dönərxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Babək Camalov və orada olan üç nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Nərminə Əli

Next Post

1 140 ton buğdanın ixracına icazə verilib

Ca Yan 28 , 2021
Rusiyanın Çuvaşiya Respublikasından və Ulyanovsk vilayətindən Azərbaycana 1 140 ton buğda ixrac olunacaq. AzFood Rusiyanın “Rosselxoznadzor”una istinadən xəbər verir ki, qurum tərəfindən tədarük olunacaq məhsul yanvar ayında fitosanitar nəzarətdən keçirilib və Azərbaycana tədarükünə dair icazə verib. Məhsul Azərbaycana dəmiryol vasitəsilə çatdırılacaq. Tədarük Ulyanovsk vilayətinin Dimitrovqraq şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı […]
1 140 ton buğdanın ixracına icazə verilib