Qar yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 28-i axşamdan 29-u gündüzədək şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, sabah axşamdan 29-u gündüzədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 20-25 m/s-dək güclənəcəyi, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Nərminə Əli

Next Post

Bakıda martda bal yarmarkası keçirilə bilər

Ç Yan 27 , 2021
Bu ilin mart ayında Bakıda bal yarmarkasının təşkili planlaşdırılır. Bunu AzFood-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, yarmarkanın təşkili ilə bağlı arıçılar tərəfindən təkliflər irəli sürülüb: “Bu, əlbəttə, mövcud şəraitdən asılı olacaq. Çox istərdik, qısamüddətli olsa da, yarmarka təşkil olunsun. Məkana gəldikdə isə, yarmarkanın ənənəvi yerində […]