Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
Yanvarın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, aabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Yanvarın 28-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Nərminə Əli

Next Post

"Azərbaycanda ətin və meyvə-tərəvəzin qiyməti ucuzlaşacaq" - Proqnoz

Ç Yan 27 , 2021
İşğaldan azad olunmuş ərazilərimizin bərpası, eləcə də iqtisadi inkişafı daxili bazarda yerli məhsulların bolluğuna səbəb olacaq. AzFood bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetdir: “Həmin ərzailərimiz həm əkinçilik, həm də heyvandarlığın inkişafı baxımından üstünlüyə malikdir. Xüsusilə nəzərə […]
“Azərbaycanda ətin və meyvə-tərəvəzin qiyməti ucuzlaşacaq” – Proqnoz