Şamaxıda karantin qaydalarını pozan çayxana aşkar edilib

Şamaxıda karantin qaydalarını pozan çayxana aşkar edilib
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzFood-a verilən məlumata görə, polislər tərəfindən Şəhriyar qəsəbəsində yerləşən çayxanaya baxış zamanı obyekti işlədən şəxsin və 9 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən olunub.

Onlar Polis Şöbəsinə dəvət edilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Nərminə Əli

Next Post

Kafe və restoran sahiblərinə xəbərdarlıq edilib

Ç Yan 27 , 2021
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib. AQTA-dan AzFood-a verilən məlumata görə, Nazirlər Kabinetinin Qərarına əsasən, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar təsdiq edilmiş qaydalara daha ciddi əməl etməli, ictimai iaşə obyektində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının […]
Kafe və restoran sahiblərinə xəbərdarlıq edilib