Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkarlanıb

Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkar ediblər.

DİN Mətbuat Xidmətindən AzFood-a verilən məlumata görə, obyektə baxış zamanı sexdə işləyən 18 nəfər tibbi maskadan istifadə etmədikləri üçün hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib və onlarla profilaktik söhbətlər aparılıb.

Sexi icarə əsasında işlədən Rəfail Əliyevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində araşdırmalar davam etdirilir.

Nərminə Əli

Next Post

Şamaxıda karantin qaydalarını pozan çayxana aşkar edilib

Ç Yan 27 , 2021
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzFood-a verilən məlumata görə, polislər tərəfindən Şəhriyar qəsəbəsində yerləşən çayxanaya baxış zamanı obyekti işlədən şəxsin və 9 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən olunub. Onlar Polis Şöbəsinə dəvət […]
Şamaxıda karantin qaydalarını pozan çayxana aşkar edilib