Azərbaycan Gürcüstandan dondurulmuş ət idxalını kəskin artırıb - Azfood
 

Azərbaycan Gürcüstandan dondurulmuş ət idxalını kəskin artırıb

Azərbaycan Gürcüstandan dondurulmuş ət idxalını kəskin artırıb

2020-ci ildə Azərbaycan Gürcüstandan 10,7 milyon ABŞ dolları dəyərində 2 500 ton dondurulmuş mal əti idxal edib.

Bu barədə AzFood-a Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 1 972 ton və yaxud 4,7 dəfə çoxdur.

Ötən il qonşu ölkədən Azərbaycana ümumi dəyəri 3,1 milyon ABŞ dolları olan 1 228,6 ton dondurulmuş balıq da ixrac olunub. 2019-cu illə müqayisədə qida məhsulunun həcmində 1 123,1 ton və ya 11,6 dəfə artım qeydə alınıb.

AzFood

Next Post

Azərbaycanda un və çörəklə bağlı tətbiq olunan vergi güzəştlərinin müddəti artırılır

Ça Yan 26 , 2021
Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. AzFood-un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Başqa sözlə, vergidən azadetmə 2022-ci ilədək davam edəcək. Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il […]