Pandemiya restoranların gəlirlərinə necə təsir edib?

Pandemiya restoranların gəlirlərinə necə təsir edib?

Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrdə olduğu kimi Azərbaycanda da ictimai iaşə obyektlərinin dövriyyəsinə mənfi təsirini göstərib.

AzFood-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ümumilikdə ictimai iaşə xidmətlərinin həcmi 2019-cu illə müqayisədə 2,2 dəfə azalaraq, 759,6 milyon manat olub.

2020-ci ilin dekabr ayında isə ictimai iaşə dövriyyəsi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə azalıb.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 faizi hüquqi şəxslərin, 53,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 2 dəfə azalaraq, 350,4 milyon manat olub.

2020-ci ildə ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayındakı kəskin azalma da ictimai iaşə xidmətlərinin fəaliyyətinə mənfi təsir göstərən səbəblərdəndir.

Nərminə Əli

Next Post

ÜST: “Peyvənd pasportları tövsiyə olunmur”

Ç Yan 20 , 2021
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda dünyada koronavirus peyvəndinin yetərli olmadığı və virusun yayılmasına təsiri barədə natamam məlumat verildiyi üçün səyahət edənlərə peyvənd pasportlarının tətbiq edilməsini tövsiyə etmir. Bunu ÜST-n Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç “Rusiya-24” telekanalının efirində deyib. Onun sözlərinə görə, hələ peyvəndin praktik olaraq virusu keçirməyə nə dərəcədə mane […]