Kartofla ördək sobada

Kartofla ördək sobada

Məhsullar:

– 1 orta ölçüdə ördək (təxminən 2 kq)

– 2 alma

– 6 kartof

– 3 diş sarımsaq

– duz, istiot (zövqə görə)

Hazırlanması:

  1. Ördəyi yuyun, təmizləyin, üstünə və içinə duz sürtün, plyonkaya bükün, 1 gün soyuducuda saxlayın.
  2. Sarımsağı əzin, istiotla qarışdırın, ördəyə sürtün.
  3. Almaları doğrayın, ördəyin içinə doldurun, dərini diş çöpləri ilə bərkidin və ya sapla tikin.
  4. Sobanı qabaqcadan 200 C qədər qızdırın, ördəyi sobaya qoyun, 20 dəqiqədən sonra sobanın temperaturunu 170 C azaldın və təxminən 1 saat 10 dəqiqə bişirin. Vaxtaşırı olaraq çıxan şirəni ördəyin üzərinə tökün.
  5. Kartofu soyun, 4-8 hissəyə bölün (kartofun ölçüsündən asılıdır), soyuq suya qoyun, duz əlavə edin, 2-3 dəqiqə qaynadın, suyu süzün.
  6. Kartofu ördəyin hazır olmasına təxminən 20 dəqiqə qalmış tavaya ördəyin ətrafına düzün.
  7. 20 dəqiqədən sonra yemək hazırdır.

Nərminə Əli

Next Post

İmişlidə ötən il süni mayalanma üsulu ilə 1510 baş buzov alınıb

Ça Yan 19 , 2021
İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olur. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də […]
İmişlidə ötən il süni mayalanma üsulu ilə 1510 baş buzov alınıb