Fevralın 1-dən kafe və restoranlar açılır

Fevralın 1-dən kafe və restoranlar açılır

Fevralın 1-i saat 00:00-dan etibarən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

AzFood xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarında bildirilir.

Qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Nərminə Əli

Next Post

Azərbaycandan ötən il 606 min tondan çox meyvə-tərəvəz ixrac olunub

Şb Yan 16 , 2021
2020-ci ildə Azərbaycan xarici ölkələrə dəyəri 607 511.33 min ABŞ dolları dəyərində 606 555.90 ton meyvə-tərəvəz ixrac edib. AzFood-un Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə 2019-cu il ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 0,3% artıb, həcmi isə 3,5% azalıb. Qeyd edək ki, ötən il Azərbaycandan ixrac […]
Azərbaycandan ötən il 606 min tondan çox meyvə-tərəvəz ixrac olunub