Sabirabadda karantini pozan çayxana sahibi cərimələndi

Sabirabadda karantini pozan çayxana sahibi cərimələndi
Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzFood-a verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun Şıx Salahlı kəndi ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Çayxananın sahibi və orada olanlardan 19 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub, digərlərinə isə ciddi xəbərdarlıqlar edilib.

Nərminə Əli

Next Post

Bu il 2020-ci ildən daha qısa olacaq

Ca Yan 14 , 2021
Proqnozlara görə, cari il 2020-ci ildən daha qısa olacaq. Bu, Yerin fırlanmasının sürətlənməsi səbəbiylə izah edilib. Bu barədə “RİA Novosti”yə Ümumrusiya Fiziki, Texniki və Radio Mühəndisliyi Ölçmələr İnstitutundan bildirilib. “İlkin proqnoza görə, Yer kürəsinin fırlanma sürətinin mövcud sürətlərinin qorunması şərti ilə qısa olacaq”, – deyə İnstitutdan bildirilib. Xatırladaq ki, alimlər planetimizin […]
Bu il 2020-ci ildən daha qısa olacaq