Koronavirusa yoluxan şəxslər peyvənd olunacaqmı?

Koronavirusa yoluxan şəxslər peyvənd olunacaqmı?
Koronavirusa yoluxmuş şəxslər vaksinasiya strategiyasına uyğun olaraq vaksinasiya ilə əhatə olunan ən aşağı riskli əhali qruplarına aid edilirlər.

AzFood xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, bu səbəbdən bu şəxslərin vaksinasiyası digər riskli əhali qrupları ilə müqayisədə ən sonda aparılacaq.

“Vaksinasiya prosesi könüllü olduğu üçün koronavirusa yoluxan və sağalan, müalicə müddətini evində keçirən, lakin heç bir yerdə qeydiyyata düşməyən (poliklinika və xəstəxana) şəxslər də peyvənd oluna bilər. Bu şəxslərin peyvəndləməsi vaksinasiya strategiyasına uyğun aparılacaq”, – məlumatda bildirilib.

Nərminə Əli

Next Post

AQTA quşçuluq təsərrüfatında yoxlama keçirib

Ç Yan 13 , 2021
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən, “Murad Aqro” MMC-yə məxsus quşçuluq broyler təsərrüfatında yoxlama keçirib. AQTA-dan AzFood-a verilən məlumata görə, yoxlama zamanı quşçuluq broyler təsərrüfatının normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub. Müəssisədə istehsal olunan məhsullardan nümunələr […]
AQTA quşçuluq təsərrüfatında yoxlama keçirib