Salyanda karantini pozan kafe sahibi və müştəriləri saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən “Şahmar” kafesini aşkarlayıblar.

DİN Mətbuat xidmətindən AzFood-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq polis şöbəsinə gətirilib. Müştərilər və obyekt sahibi barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi bir daha çatdırılıb.

Nərminə Əli

Next Post

ABŞ Azərbaycanın arpa istehsalı üzrə proqnozunu açıqladı

Ç Yan 13 , 2021
ABŞ-ın Kənd Təsərrüfatı Departamenti 2020-2021-ci illər üzrə aqrar mövsümdə postsovet ölkələrində arpa məhsulu üzrə gözlənilən məhsuldarlıqla bağlı reytinq cədvəlini dərc edib. AzFood xəbər verir ki, bu barədə Departamentin hazırladığı “Taxıl: Dünya bazarı və ticarəti” adlı hesabatın yanvar sayında bildirilir. Hesabata əsasən, postsovet məkanında arpa istehsalı üzrə reytinq cədvəlinə liderliyi Rusiya edir. Növbəti yerlərdə […]
ABŞ Azərbaycanın arpa istehsalı üzrə proqnozunu açıqladı