AQTA “Happy Day” sexində qanunsuzluqlar aşkarladı

AQTA “Happy Day” sexində qanunsuzluqlar aşkarladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 33 C ünvanında yerləşən, “Narıncı Group” MMC-yə məxsus “Happy Day” adlı unlu və qənnadı məmulatlarının istehsalı sexində yoxlama həyata keçirib.

AQTA-dan AzFood-a verilən məlumata görə, keçirilən yoxlama zamanı sexdə havalandırma sistemi quraşdırılmadığı, xammal kimi istifadə olunan unun ələnmədiyi və emal olunmuş unlu-qənnadı məmulatların qablaşdırılmasının üzərində istehsalçının adı, ünvanı, məhsulun çəkisi və istehlakçı üçün zəruri olan digər məlumatların qeyd edilmədiyi, xammalların və qablaşdırma materiallarının müşayiətedici sənədlərinin olmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədən çalışdığı aşkarlanıb.

Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Nərminə Əli

Next Post

Gürcüstanda Azərbaycan sərmayəli zavod yenidən işini dayandırıb

Ç Yan 13 , 2021
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı “Aqara” şəkər zavodu istehsalı yenidən dayandırıb. AzFood xəbər verir ki, buna səbəb Gürcüstan hökumətinin istehsalın stimullaşdırılması üçün müəssisəyə təqdim etdiyi güzəştli müddətin ötən ilin sonunda başa çatmasıdır. Şirkətdən bildirilib ki, hazırda istehsal rentabelli deyil və güzəştlərin müddətinin uzadılması üçün hökumətlə danışıqlar aparılır. Danışıqlar uğurla nəticələnərsə, […]
Gürcüstanda Azərbaycan sərmayəli zavod yenidən işini dayandırıb