“Şeş-Beş” kafesi qanunsuz işləyirmiş

Avtomatik qaralama

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən “Şeş-Beş” kafesini aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətindən AzFood-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi vətəndaş Anar Abdullayev və daha 5 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu PRİ-nin 13-cü Polis Bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Kafenin sahibi A.Abdullayevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanlarına göndərilib.

Nərminə Əli

Next Post

Jurnalistlərin aylıq gəlirləri açıqlandı - Azərbaycanda

Be Yan 11 , 2021
Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə davam etdirilən islahatlar KİV-də əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət təsir göstərib, KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin bağlanılması sahəsində ciddi nəticələr əldə edilib. AzFood xəbər verir ki, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci il üzrə sosial durumlarına və media ilə […]
Jurnalistlərin aylıq gəlirləri açıqlandı – Azərbaycanda