Azad edilmiş torpaqlardan bu il bol məhsul götürə bilərik

Azad edilmiş torpaqlardan bu il bol məhsul götürə bilərik

Tərəvəzə gəldikdə, indi istixanalar var. Düzdür, indi burada iqlim şəraiti də var, bizim tərəvəz təbii ki, daha keyfiyyətli və daha ucuzdur. Ancaq, eyni zamanda, ənənəvi bazarlarda bizim tərəvəzimizlə yerli məhsul rəqabət apara bilər. Amma bağçılıqda, meyvə istehsalında bizimlə heç kim rəqabət apara bilməz.

AzFood xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

Üzümçülüyün böyük potensialının olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Sovet dövründə böyük üzüm bağları var idi. Mənə “Azərkosmos”dan məlumat verilib ki, cəmi 1200 hektar üzüm bağından qanunsuz yollarla məhsul götürülürdü. Amma böyük taxıl sahələri var. Təqribən 100 min hektar və ya 90 min hektar taxılçılıq üçün nəzərdə tutulurdu. Bu, bizim üçün böyük imkanlar yaradır. Siz də baxın, bizə taxılçılıq üçün bu qədər hektar lazımdır, yoxsa yox, bəlkə başqa sahələrə yönəldək. Amma onu da bildirməliyəm ki, bu, Ermənistan üçün böyük itkidir. Çünki Ermənistanda, ümumiyyətlə, taxıl altında təqribən 200 min hektar var idi, yəni, azad edilmiş torpaqlarla bir yerdə. Ermənistanda təqribən 100 min və o vaxt işğal edilmiş torpaqlarda da təqribən 90 min. İndi onlar bundan məhrum olublar. Əlbəttə ki, onların böyük problemləri, bizim isə böyük üstünlüyümüz yaranacaq. Ona görə bu amilləri nəzərə alın. Əlbəttə ki, azad edilmiş torpaqlara qayıdacaq insanlar üçün də biz indi tövsiyələr hazırlamalıyıq, məsləhətlər verməliyik. Əlbəttə ki, orada subsidiyalaşma ümumi sistemə inteqrasiya olunacaqdır. Ancaq dövlət, – hələ ki, indi vətəndaşlar oraya qayıtmayıb, – öz tərəfindən bütün bu işləri görür və görməlidir”.

Prezident İlham Əliyev, həmçinin bildirib ki, payızlıq və yaz əkin mövsümlərinə də hazırlıq görülməlidir. “Bizim kifayət qədər imkanımız var ki, azad edilmiş torpaqlardan bu ilin mövsümündə bol məhsul götürək”, – deyə dövlətimizin başçısı bildirib.

Nərminə Əli

Next Post

“Pfizer” peyvəndi vurulan həkim öldü

C Yan 8 , 2021
ABŞ-da “Pfizer” peyvəndi vurulan həkim iki həftədən sonra ölüb. AzFood oxu.az-a istinadən bildirir ki, 56 yaşlı əri Qreqori Maykl 18 dekabrda peyvənd edilib və 16 gün sonra həyatını itirib: “Məncə, onun ölümü 100 faiz peyvəndlə əlaqəli idi. Bunun başqa bir açıqlaması yoxdur”. O deyib ki, Mayklın aktiv həyat tərzi olub, […]
“Pfizer” peyvəndi vurulan həkim öldü