Maketlərin “endirim” fırıldağı: “ucuzlaşmış” mal necə baha satılır?

Tez-tez iri marketlərdə müxtəlif endirim kampaniyaları keçirilir. Hətta əvəlcədən elan verilərək məhdud günlər də müəyyən edilir. Bəs görəsən bu endirimlər həmişə müştəriləri düşünərəkmi həyata keçirilir?

AzFood marketlərin “endirim kampaniyaları” barədə bir faktı diqqətə çatdırır. Sən demə əslində ucuz aldığımızı düşündüyümüz məhsullar heç də belə deyilmiş. Bunun üçün kiçik bir sirri açmaq olur. Bu da vitrində qiymətləri dəyişən market işçisinin buraxdığı səhvdən aydın olur.

Sadəcə yeni qiymət etiketini qaldırıb altına baxmaq olar. Təqdim etdiyimiz foto Bakıda fəaliyyət göstərən iri marketlərdən birində çəkilib. Göründüyü kimi 95 qəpikdən 70 qəpiyə endirilən məhsul ilk baxışdan cazibəli görünür. Təbii ki, istehlakçı bunu özünə endirim kimi qəbul edir və alır. Amma əslində normalda bu məhsul 67 qəpiyə satılıb. Sadəcə “endirim” kampaniyası çərçivəsində qiyməti 3 qəpik bahalaşıb.

Bu saxta endirim kampaniyalarının altında gizlənən həqiqətin sadəcə biridir. Görəsən hələ nə qədər bu cür açılmamış sirlər var?

AzFood

Next Post

Yaxşı südü saxtadan necə ayıraq?

Ca Yan 7 , 2021
Keyfiyyətli təbii süd çox faydalı və hətta müalicəvi məhsuldur. Belə süd dişlər, sümüklər, saç, dəri, ürək-damar və immun sistemlərinə  olduqca müsbət təsir edir. Lakin… Son zamanlar süd və süd məhsulları ən çox saxtalaşdırılan məhsullardandır. Yaxşı südü saxta süddən necə ayırmaq olar? Bunu Moskva Dövlər Qida Sənayesi Universitetinin rektoru professor Dmitriy […]
Yaxşı südü saxtadan necə ayıraq?