Albalı ilə KOKOSLU PEÇENYE

Albalı ilə KOKOSLU PEÇENYE

Tərkib:

– 100 qr yumşaq kərə yağı

– 1 stəkan şəkər tozu

– 2 yumurta

– 1 stəkan kokos yonqarı

– 1 stəkan un

– 1 ç.q. qabartma tozu

– 1 ç.q. vanilli şəkər tozu

– albalı

Hazırlanması:

1. Yumşaq kərə yağını şəkər tozu və vanilli şəkər tozu ilə çalın.

2. Yumurta əlavə edin, çalın.

3. Kokos əlavə edin, qarışdırın.

4. Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın.

5. Albalını yuyun, çəyirdəklərini çıxardın, kağız dəsmalın üzərində bir qədər qurudun.

6. Xəmiri kolbasa şəklində yayın, kiçik tikələri kəsin, yastıladın, ortasına albalı qoyun.

7. Tavanın üzərinə perqament kağızı sərin, peçenyeləri düzün.

8. Sobanı qabaqcadan 170-180 C qədər qızdırın, peçenyeləri 15-20 dəqiqə ərzində bişirin (üstü bir az qızarmalıdır).

9. Peçenye soyuyandan sonra üzərinə pudra səpin.

Nuş olsun!

Nərminə Əli

Next Post

Fəqərəarası yırtığı əməliyyatsız necə sağaltmaq olar?

Ç Yan 6 , 2021
Bel hissədə baş verən ağrılar onurğada əmələ gələn patologiyalarla əlaqədar olur. Ağrıların baş vermsinin əsas səbəblərindən biri də disklər arasında əmələ gələn yırtıq səbəbindən olur. Bəzi mütəxəssislər onurğa yırtığı zamanı əməliyyat etmənin əleyhinədirlər. Onlar yırtığın ozonoterapiya vasitəsilə malicə oluna biləcəyini qeyd edirlər. Onurğaarası disk yırtığının əlamətləri aşağıdakılardır: 1. Onurğanın bel […]
Fəqərəarası yırtığı əməliyyatsız necə sağaltmaq olar?