Saxta ətirlərin zərərləri – Xərçəngə səbəb olur

Saxta ətirlərin zərərləri – Xərçəngə səbəb olur

Saxta ətirlərdən uzun müddət istifadə xərçəngə səbəb ola bilər. Mütəxəssislər original parfumlərin belə tamamən zərərsiz olmadığını bildirərək, kimyəvi tərkibi olmayan təbii qoxulara üstünlük verməyi məsləhət görür.
AzFood bildirir ki, ətirlərin təsir gördüyü ən önəmli orqanımız dərimizdir. Ona görə də mütəxəssislər onu dəriyə deyil, geyimlərimizə vurmağı məsləhət görür. Həmçinin, qoxuların təmas etdiyi yeri günəşdən qorumaq önəmlidir.
Ətirlərin ən çox təsir gördüyü ikinci orqan isə tənəffüs sistemidir. Saxta ətirlər burun tutulması, öskürək , qıcıqlanma, xroniki baş ağrısı, yorğunluq, qarın ağrısı, gözlərdə allergiya kimi problemlərə yol aça bilər. Uzun müddət saxta ətirlərə məruz qalmaq ağciyər xərçənginin yaranmasında rol oynadığı araşdırmalarda sübut edilib. Araşdırmalara görə, original ətirlərin də tamamən zərərsiz olduğunu deyə bilmərik. Buna görə də kimyəvi tərkibi olmayan təbii ətirlər seçmək sağlamlığınız üçün də önəmlidir.

Nərminə Əli

Next Post

Heç xəstələnməyən adamların - 7 SİRRİ

Ça Yan 5 , 2021
Elə insanlar var ki, onlar illərlə xəstələnmir və hər kəs onlara həsəd aparır.   Bu qrup adamları birləşdirən bir neçə vərdiş var. AzFood onların 7 sirrini təqdim edir: 1. Çox maye qəbul edirlər Orqanizm və hüceyrələr sudan ibarətdir və su ilə qidalanır. Əgər bir insan orqanizmdə itirdiyi su ilə qəbul […]
Heç xəstələnməyən adamların – 7 SİRRİ