Azərbaycan bu il taxıl sahələrini genişləndirib - Azfood
 

Azərbaycan bu il taxıl sahələrini genişləndirib

Azərbaycanda bu il 798 hektardan artıq sahədə taxıl əkilib ki, bu göstərici ötən ilin göstəricisindən çoxdur.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov deyib.

Onun sözlərinə görə, bu dinamika davamlı olacaq və ölkə özünün təminetmə nisbətini daha da artıracaq.

“İdxala gəldikdə, hazırda bunun həcmi barədə nə isə demək mümkün deyil. Hesab edirik, yerli istehsal əvvəlki illərə nisbətən artıbsa, deməli idxal da azalacaq”, – deyə T. Qasımov qeyd edib.

AzFood

Next Post

Heyvan ətinin satışı ƏDV-dən azad edilir

Ç Okt 23 , 2019