Aspirin koronavirusda effektivdir

Aspirin koronavirusda effektivdir

Koronavirusun profilaktika və müalicəsində hər ölkə müəyyən dərmanları və sxemləri təklif edir. Koronavirusun konkret müalicəsi və dərmanı olmadığı üçün hazırda başqa virus infeksiyalarında tətbiq olunan dərmanlar seçilir.

AzFood xəbər verir ki, bir çox mənbələrdə koronavirusda istifadə olunması məsləhət görülməyən dərmanlardan biri də aspirindir. Lakin rusiyalı həkimlər bu köhnə, sevimli dərmanı koronavirusdan uzaq saxlamağın səhv olduğunu bildirir, əksinə aspirinin parasetamoldan da yaxşı təsir etdiyini qeyd edirlər.

Aspirin sistem iltihabını götürür, qanı durulaşdırır ki, bu da virusla mübarizə və ağciyərlərin qanla təchizatında çox vacibdir.

Koronavirus xəstələrinin müalicəsində istər xəstəxana, istər də evdə aspirin vacibdir. Aspirinin sutkada 1 dəfə, tox mədəyə bol su ilə qəbul etmək lazımdır. 1 həftəlik qəbuldan sonra fasilə.

Acqarına, yemədən aspirin qəbulu qəti yol verilmir.

Nərminə Əli

Next Post

Zaqatalada 11,4 min hektara yaxın sahədə payızlıq səpin aparılıb

Şb Yan 2 , 2021
Zaqatala rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri cari mövsümdə 7 min 819 hektarı buğda, 3 min 577 hektarı arpa olmaqla, 11 min 396 hektar sahəyə toxum səpiblər. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki mövsümlə müqayisədə 76 hektar artıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala […]
Zaqatalada 11,4 min hektara yaxın sahədə payızlıq səpin aparılıb