Azərbaycanda 5 günlük tətil başlayıb

Azərbaycanda 5 günlük tətil başlayıb

Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayıb.

AzFood xəbər verir ki, bu gün – dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Eyni zamanda yanvarın 3-ü bazar günüdür.

Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün – 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.

Nərminə Əli

Next Post

190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatıb

Ca Dek 31 , 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsini başa çatdırıb. Nazirlikdən AzFood-a verilən məlumata görə, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon […]
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatıb