Dəri xərçəngin qarşısını almağın yolu

Dəri xərçəngin qarşısını almağın yolu

Kanadalı dermatoloqlar günəş şüaları altında uzun vaxt keçirən hər kəsə, tez bir zamanda metastaz verən ölümcül və aqressiv dəri xərçəngi olan melanomanın inkişafının qarşısını almaq üçün günəşdən qoruyucu kremlərdən istifadə etmələrini tövsiyə edib.

AzFood deyerler.org-a istinadən bildirir ki, dəri xərçənglərinin əksəriyyətinin günəş şüaları altında uzun müddət qalanda inkişaf etdiyi məlumdur. Günəşdən qoruyucu vasitələr, titan dioksid və sink oksid kimi kimyəvi filtrlər vasitəsilə zərərli ultrabənövşəyi radiasiyanın qarşısını alaraq, dəri xərçəngi riskini azaldır. Bir sıra klinik tədqiqatların təhlili göstərdi ki, bu, həqiqətən dəri melanomasının və skuamoz hüceyrəli karsinomun qarşısını alır, həm də dərinin yaşlanmasına maneə törədir. Eyni zamanda, mütəxəssislər, qoruyucu maddələri təşkil edən komponentlərin bədən tərəfindən mənimsənilməsi ehtimalı səbəbindən, altı aya qədər körpələrin bədəninə krem tətbiq etməyi məsləhət görmürlər.

Nərminə Əli

Next Post

Maskanın yenidən istifadə edilməsi nə qədər təhlükəli ola bilər?

Be Dek 28 , 2020
Araşdırmalar maskanın təkrar istifadə edilməsinin maskadan istifadə etməməkdən daha az təsirli olduğunu göstərib. Belə bir nəticəyə Massaçusets Universiteti və Kaliforniya Universitetinin mütəxəssisləri gəlib. Alimlər üçqat cərrahi maskalarla təcrübə aparıb. Araşdırmaya görə, yeni maskalar, koronavirusun kiçik maye damcılarının demək olar ki, 65%-nin qarşısın ala bilər. AzFood bildirir ki, qoruyucu avadanlıqların təkrar […]
Maskanın yenidən istifadə edilməsi nə qədər təhlükəli ola bilər?