İlk hamiləlik testi necə olub? Arpa-buğda testi

İlk hamiləlik testi necə olub? Arpa-buğda testi

İlk “hamiləlik testlər”indən hələ eramızdan çox-çox əvvəl Qədim Misirdə istifadə edirdilər.

Maraqlıdır ki, bu testin köməyi ilə qədim təbiblər hətta uşağın cinsini də “təyin etməyə” çalışırdılar.

Danimarkada saxlanılan bir qədim papirusda yazılıb ki, hamiləliyi təyin etmək üçün 2 ayrı kisə götürüb birinə qumla qarışdırlımış arpanı, digərinə buğdanı tökmək lazımdır. Toxumları hər gün qadının sidiyi ilə “sulamaq” lazımdır.  Əgər bir müddətdən sonra toxumlar cücərərsə, bu o deməkdir ki, qadın hamilədir. Arpa cücərərsə oğlan, buğda cücərərsə qız dünyaya gələcək.

Toxumlar cücərməzsə, qadın hamilə deyil.

Maraqlıdır, deyil mi?

Nərminə Əli

Next Post

Diqqət! Qaraciyər üçün ən ziyanlı 3 məhsul

Ça Dek 22 , 2020
Qaraciyər çox güclü və özü özünü bərpa edə bilən orqandır. Lakin qidalanmada bəzi məhsulların çox olması bu orqanın sağlamlığına ciddi ziyan vura bilər, pozulmaların inkişafına səbəb ola bilər. Saglamolun.az xarici KİV-lərə istinadla qaraciyər üçün ən ziyanlı 3 məhsulun adını açıqlayır. 1. Şəkər Şəkərin rasionda həddindən artıq olması qaraciyərin piylənməsinə səbəb ola […]
Diqqət! Qaraciyər üçün ən ziyanlı 3 məhsul