Vitaminlərlə zəngin olan 5 UCUZ BİTKİ

Vitaminlərlə zəngin olan 5 UCUZ BİTKİ

Qiyməti ucuz olmasına və asanlıqla tapılmasına rəğmən, dəyəri az bilinən 5 superbitkinin adı açıqlanıb.

Publika.az enerji deposu adlandırılan bitkiləri təqdim edir.

Su tərəsi

A, C və E vitaminləri ilə yanaşı, fol, kalsium və dəmir baxımından olduqca zəngindir. Mütəxəssislər su tərəsinin kələmin sahib olduğu faydaları yerlə yeksan etdiyini bildirir. Əksər insanlar suyun içində yetişən tərənin torpaqda yetişəndən daha ləzzətli olduğunu deyir.

Cəfəri

A, C və K vitamini baxımından zəngin olan cəfəri həm də fol, kalium, dəmir, maqnezium və kalsium qaynağıdır. Ödəm atması, yağ yandırmağa köməkçi olması ilə favorit bitkilərdəndir.

Çuğundur yarpağı

A vitamini ilə zəngin olan çuğundur yarpağının tərkibində dəmir mövcudur və bəsləyici xüssiyyəti var.

Dəniz yosunu

Minerallar, vitaminlər və antioksidant ilə zəngin olan dəniz yosunu sümük suyuna möhtəşəm alternativ ola bilər. Buna görə də ət məhsullarından imtina edənlərə tövsiyə edilir. Yod miqdarı yüksək olduğu üçün tiroid xəstələrinin istifadəsi də məsləhətdir. “Wakame”, ya da “dulse flakes” növləri başlanğıc üçün əla seçimlərdir.

Sarımsaq

Antimikrobial, antiviral və antifunqal xüsusiyyətləri mövcuddur. Xəstəliklər və infeksiyalarla savaşmaq qüdrətinə sahibdir. Yüksək təzyiq və xolestroldan əziyyət çəkənlər üçün yardımçı fünksiyası var. Tərkibindəki allisin maddəsini aktivləşdirmək üçün yeməzdən əvvəl əzilməsi məsləhət görülür.

Nərminə Əli

Next Post

Maskalar pandemiyanı dayandıra bilərmi?

Be Dek 21 , 2020
Qoruyucu maskalar koronavirus pandemiyasını dayandıra bilməz. Publika.az xəbər verir ki, bu barədə alimlər “The Daily Mail”ə danışıb. Edinburq Universitetinin virusoloqu Paul Diqard infeksiyanın havadan damcı yolu ilə keçdiyini bildirib. Bir insan öskürür və ya asqırırsa, damlacıqlardakı virus havaya yayılır. Virus hissəcikləri çox kiçikdir və asanlıqla parçanı aşır, ancaq virus böyük su […]
Maskalar pandemiyanı dayandıra bilərmi?