Goranboyda gizli fəaliyyət göstərən kafedə 12 nəfər cərimələnib

Goranboyda gizli fəaliyyət göstərən kafedə 12 nəfər cərimələnib

Goranboy rayonunda gizlin fəaliyyət göstərən kafe aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qızılhacılı qəsəbəsi ərazisində gizli şəkildə fəaliyyət göstərən “Yurd Yeri” adlı kafe aşkarlayıb. Obyektdə olan qəsəbə sakinləri Azər Məmmədov, İlkin İsgəndərov, Seymur Abbasov, Vüsal Məmmədov, Pərviz Əliyev, Elçin Məmmədov, Zülfiqar Qasımov, Səbuhi Hacıyev, Hüseyn Həsənov, Roland Əliyev, Pərviz İbrahimov və Elvin Məmmədov saxlanılaraq Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) gətirilib.

Həmin şəxslərdən 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib, digər 6 nəfər barəsində isə protokol tərtib edilərək Goranboy rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada cərimə olunublar.

AzFood

Next Post

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

Ca Dek 17 , 2020
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 693,4 min manatlıq əczaçılıq məhsulları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, hesabat dövründə ölkədə tərkibində digər antibiotiklər olan, pərakəndə satış üçün qablaşdırılan 14,5 min manatlıq dərmanlar istehsal edilib ki, bu da ötən […]
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb