ÜST bölgələrdə apardığı monitorinqlərin nəticələrini açıqlayıb - Azfood
 

ÜST bölgələrdə apardığı monitorinqlərin nəticələrini açıqlayıb

ÜST bölgələrdə apardığı monitorinqlərin nəticələrini açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərlə birgə dekabrın 8-dən 12-dək Gəncə, Tərtər, Bərdə və Ağdamda tibb məntəqələri, poliklinikalar və xəstəxanalara baxış keçirib.

AzFood xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı qurumun Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqində deyib.

O qeyd edib ki, ümumilikdə vəziyyət sabitdir: “Bir neçə tibb müəssisəsinə qismən ziyan dəyib. Zəruri tibbi xidmətlərin göstərilməsinə fasilələr yaranıb. Peyvəndləri lazımi səviyyədə saxlamaq üçün soyuq zəncir prinsipi tətbiq edilməlidir. Lakin bu da indiki şəraitdə müəyyən vaxt tələb edir”.

H.Harmancı bildirib ki, bəzi bölgələrdə tibb işçilərinin çatışmazlığı müşahidə olunur: “Münaqişə səbəbindən bir çox insanlarda stres siptomları meydana gəlib”.

AzFood

Next Post

Gürcüstanda un bahalaşıb

Ç Dek 16 , 2020
Son həftələr Gürcüstanda unun qiymətində artım müşahidə olunur. “Report”un yerli bürosu xəbər verir ki, 50 kiloqramlıq çörək ununun bir kisəsi 6-7 lari bahalaşıb. İki-üç həftə bundan öncə qiyməti 61-63 lariyə olan 50 kiloqramlıq un kisəsi hazırda 68-69 lariyə təklif olunur. Qiymət artımı kiçik çörəkbişirmə müəssisələrinə mənfi təsir göstərib. Bahalaşma davam edərsə, müəssisələr çörəyin qiymətini artıra və […]
Gürcüstanda un bahalaşıb