Dadlı pürenin sirləri

Avtomatik qaralama

Püre ən tez-tez istifadə olunan qarnirdir. Püreni hamı xoşlayır – uşaq da, böyük də. Lakin dadlı püre hazırlamaq üçün bəzi vacib qaydaları bilmək lazımdır.

1. Təzə kartofdan püre bişirilmir. Püre üçün köhnə kartoq götürülür.

2. Kartofu orta tikələrə doğrayın və yaxşı bişirin. Artıq suyu süzün və kartofu vam odda bir qədər saxlayın. Bu halda püre daha yumşaq və kövrək alınır.

3. Kartofu bişirdikdən dərhal sonra əzmək lazımdır. Kartof isti olmalıdır.

4. Dadlı püre hazırlamaq üçün kartofa isti süd və kərə yağı əlavə edin.

5. 1/2 kq kartof üçün 50 qr kərə yağı götürülür.

6. Püreni bişirdikdən dərhal sonra yemək lazımdır. Soyumuş püreni qızdırdıqda püre dadını itirir.

7. Püreyə qızardılmış soğan, xırda doğranmış sarımsaq, şüyüd, qoz əlavə etmək olar. Bu pürenin dadını yaxşılaşdırır.

Nərminə Əli

Next Post

Sabah Bakıda yağış yağacaq

Ca Dek 10 , 2020
Bakıda və Abşeron yarımadasında dekabrın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm […]
Sabah Bakıda yağış yağacaq