Hər gün bir ədəd nar yeməyə – 7 SƏBƏB

Hər gün bir ədəd nar yeməyə – 7 SƏBƏB

Fəsil dəyişib və yay fəslinin meyvələri artıq öz yerini payız meyvələrinə verir. Bu meyvələrin içində isə ən faydalısı Tövratda və Quranda adı çəkilən, cənnət meyvəsi olduğu bildirilən nardır.

Bu meyvənin demək olar ki, hər dənəsi insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Bəs payız mövsümündə ağız dadıyla yediyimiz narın faydaları haqqında nə qədər məlumatınız var?

AzFood medicina.az-a istinadla onun orqanizm üçün 7 əsas faydalarını təqdim edir:

Əvvəlcə onu deyək ki, narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir.

1. Xərçəngə qarşı güclü vasitədir.

Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidantlar var. Şirədəki adıçəkilən maddə qırmzı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur.

2. Şəkər və xolesterinin səviyyəsini aşağı salır.

Nar diabet xəstələri üçün çox faydalıdır. Gündə 4 dəfə yeməkdən öncə 60 damla nar suyu qəbul edilərsə, qanda olan şəkərin miqdarı kifayət qədər azalacaq.

Həmçinin nar xolesterinin də səviyyəsini aşağı salır və bununla da ürək tutması, insult və infarktın riskini azaldır.

3. Qurdları tökür.

Qurd xəstəlikləri zamanı nar şirəsi və nar qabıqlarının dəmləməsi əlavə müalicəvi vasitə kimi istifadə olunur.

4. Öskürək zamanı faydalıdır.

Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir. Nar qabığını suda qaynadılaraq qarqara edilməsi angina, faringit, qinqivit, stomatitr zamanı məsləhət görülür.

5. Artıq çəkidən azad olmağa kömək edir.

Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur.

6. Damarların sağlamlığı üçün əvəzolunmaz məhsul.

Nar və nar şirəsi damarların sağlamlığını qoruyur, damarları möhkəmləndirir, trombların əmələ gəlməsinin qarşısını alır.

7. Nar orqanizmə ümumi möhkəmləndirici təsir edir.

Vitamin, mineral və antioksidantlarla zəngin olduğundan nar orqanizmi möhkəmləndirir, orqanizmin tonusunu qaldırır.

AzFood

Next Post

Həkimlər niyə AĞ RƏNGDƏ GEYİNİRLƏR?

Ça Dek 8 , 2020
Müasir tibb müəssisələrində mavi və yaşıl rəngli xalatlar getdikcə daha çox görünsə də, ağ xalatlar həkimlər üçün hər zaman əvəzedilməz qalacaq. AzFood olke.az-a istinadla xəbər verir ki, dünya həkimlərinin səksən faizi ağ xalat geyinir. On doqquzuncu əsrin ortalarına qədər həkimlərin xüsusi forması olmayıb.  Qədim zamanlarda həkimləri üzdən tanıyırdılar. Ona görə […]
Həkimlər niyə AĞ RƏNGDƏ GEYİNİRLƏR?