Klassik Olivye salatı – ƏNƏNƏVİ RESEPT

Klassik Olivye salatı – ƏNƏNƏVİ RESEPT

Bu salat XIX əsrdə Rusiyada fransız aşbazı Lyusyen Olivye tərəfindən hazırlanıb.

Sovet vaxtında salatın tərkibi xeyli dəyişildi və indi biz məhz bu sovet salatını “Olivye” kimi tanıyırıq və sevirik. Salatın müxtəlif reseptləri var. Sizə bu salatın klassik reseptini təqdim edirik.

İnqrediyentlər:

– 4 orta ölçüdə kartof

– 3-4 kök

– 4-5 yumurta

– 350 qr bişmiş mal əti

– 4-5 duzlu xiyar (kornişon)

– 450 qr konservləşdirilmiş yaşıl noxud

– 250-300 qr mayonez

– duz, istiot (zövqə görə)

Hazırlanması:

1. Ət bişirilir və soyudulur.

2. Kartof, kök və yumurta bişirilir və soyudulur.

3. Bütün inqrediyentləri kiçik kublar şəklində doğranılır və enli qaba yığıb qarışdırılır.

4. Noxudun suyunu süzün və noxudu salata əlavə edin.

5. Göyərtiləri xırda doğrayın və salata əlavə edin.

6. Mayonez, duz, istiot əlavə edin və salatı yaxşı qarışdırın.

7. Salat süfrəyə enli şüşəli qabda verilir. Salatın üzərini zövqünüzə görə bəzəyin.

AzFood

Next Post

Hər gün bir ədəd nar yeməyə - 7 SƏBƏB

Ça Dek 8 , 2020
Fəsil dəyişib və yay fəslinin meyvələri artıq öz yerini payız meyvələrinə verir. Bu meyvələrin içində isə ən faydalısı Tövratda və Quranda adı çəkilən, cənnət meyvəsi olduğu bildirilən nardır. Bu meyvənin demək olar ki, hər dənəsi insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Bəs payız mövsümündə ağız dadıyla yediyimiz narın faydaları […]
Hər gün bir ədəd nar yeməyə – 7 SƏBƏB