Qəbələ və Şəmkirdə uşaq reabilitasiya mərkəzləri açılacaq

Qəbələ və Şəmkirdə uşaq reabilitasiya mərkəzləri açılacaq

Prezident İlham Əliyevin xüsusi qayğısı sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli sosial təminat və müasir reabilitasiya sistemi ilə əhatə olunmasına imkan yaradıb.

ƏƏSMN-dən AzFood-a bildirilib ki, bu kateqoriyadan olan uşaqlar üçün aylıq müavinət, həmçinin onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü ödənilməklə, eyni zamanda, həmin uşaqlar üçün reabilitasiya sisteminin inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda 1 saylı Uşaq Reabilitasiya Mərkəzi müasir tələblərə uyğun qurulub. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar üçün Bakının Suraxanı rayonunda 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Qəbələ və Şəmkir rayonlarında da uşaq reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Uşaq Reabilitasiya Mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqlar məqsədyönlü fizioterapevtik prosedurlar əsaslanan səmərəli reabilitasiya tədbirlərinə cəlb olunmaqla, onların sosial statusunun bərpa edilməsi, cəmiyyətə inteqrasiya imkanlarına malik olmaları üçün xidmətlər göstərilir.

AzFood

Next Post

Baş gicəllənmə

Ca Dek 3 , 2020
Başgicəllənmə-insanın öz vücudunun ətraf əşyalara nisbətdə hərəkət etmə hissiyatıdır. Bu, demək olar ki, hər bir insanda ola bilər, adətən zərəsizdir. Ümumi məlumatlar Halbuki digər simptomlarla yanaşı bir çox xəstəliklərin də əlaməti ola bilər. Səbəbləri – virus infeksiyaları(soyuqlama , qrip) – müvazinəti tənzimləyən beyin şöbəsinə qan axınının azalması ( ən çox […]
Baş gicəllənmə