Warning: file_put_contents(index.php): failed to open stream: Permission denied in /home/qoshquaz/public_html/azfood.az/wp-includes/load.php on line 1105
Sabah yağış yağacaq - Azfood
 

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Azərbaycanda dekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzFood verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Dekabrın 4-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 4-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

AzFood

Next Post

Paytaxtda mövsümi ağacəkmələr davam edir

Ca Dek 3 , 2020
Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilməsi və yaşıllaşdırma işləri genış şəkildə davam edir. AzFood xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata əsasən görülən işlərin əsas məqsədi paytaxt ərazisində yaşıllıq sahələrinin artırılmasıdır. Bununla əlaqədar birlik tərəfindən şəhərin yeni yaşıllıq planı hazırlanıb və işlər həmin plana […]
Paytaxtda mövsümi ağacəkmələr davam edir