Kürdəmirdə karantin qaydalarını pozan restoran sahibi cərimələnib

Kürdəmirdə karantin qaydalarını pozan restoran sahibi cərimələnib

Kürdəmirdə restoran sahibi karantin qaydalarını ciddi şəkildə pozaraq fəaliyyət göstərdiyinə görə cərimələnib.”

Kürdəmir rayon Xırdapay kənd ərazisində yerləşən “Qarabağ” restoranının sahibi Hacıyev Baqir İlham oğlu karantin qaydalarını ciddi şəkildə pozduğuna görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Polis Şöbəsinə gətirilib.

Rayon Polis Şöbəsinin əməkdaşları onunla profilaktik söhbətlər apardıqdan sonra işinə hüquqi qiymət verilməsi üçün Baqir Hacıyevi Kürdəmir rayon Məhkəməsinə aparıblar.Sonda Məhkəmənin qərarı ilə Baqir Hacıyev karantin qaydalarını ciddi şəkildə pozduğuna görə 3 min (üç min) manat cərimə olunub.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

AzFood

Next Post

COVİD 19-a qarşı qara zirədən məcun - RESEPT

Ç Dek 2 , 2020
Həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu pandemiya dövründə virusdan orqanizmi qorumaq üçün möcüzəvi qara zirəddən resept təqdim edir.   Medicina.az xəbər verir ki, son elmi tədqiqatlarla çörək otunun koronavirus müalicəsində müsbət təsiri təsdiqlənib. Pakistan, Çili, Kanada və ABŞ-dan olan araşdırma komandası bal və “Nigella sativa” (çörək otu) qarışımının […]
COVİD 19-a qarşı qara zirədən məcun – RESEPT