Həftəsonu onlayn xidmət göstərən restoranlar cərimələndi

Həftəsonu onlayn xidmət göstərən restoranlar cərimələndi

Noyabrın 21-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

AzFood xəbər verir ki, bir neçə sahibkar qafqazinfo-ya müraciət edərək bildirib ki, bu gün restoran və dönərxanalarda çatdırılma xidməti vasitəsilə fəaliyyət göstərdikləri üçün işçilər və rəhbər şəxslər müxtəlif məbləğlərdə cərimə ediliblər.

Qərarda göstərilən “yerində xidmət” ifadəsinə görə, sahibkarlar onlayn fəaliyyətə, kuryer vasitəsilə çatdırılma etməyə icazə verildiyini düşünüblər. Nəticədə həftə sonları çatdırma edən bir çox restoran və məşhur dönərxanalar cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həftəsonları marketlər, apteklər və onları məhsulla təmin edən sahələrdən başqa bütün xidmətlərin fəaliyyəti qadağandır:

“Onlayn satış, kuryer vasitəsilə çatdırılma fəaliyyətinə də icazə verilmir. Bununla bağlı həftəsonları da polis əməkdaşları tərəfindən müvafiq yoxlama və reydlər keçirilir”.

Nərminə Əli

Next Post

Hava proqnozu

Bz Noy 29 , 2020
Noyabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]