Yalnız bananla qidalanan 21 yaşlı Ellie

Yalnız bananla qidalanan 21 yaşlı Ellie

Cənubi Afrikada yaşayan 21 yaşlı Ellie Vho meşəyə gedir və topladığı meyvə və bitkiləri, xüsusən də banan yeyir.

AzFood xəbər verir ki, Cənubi Afrikada yayımlanan Afrimax TV televiziyasına danışan Ellienin anası beş övladını doğuşda itirdiyini və Ellieni Allahın bir hədiyyəsi olaraq gördüyünü bildirib.

Anası kəndlilərin övladına daim təzyiq göstərməsindən və ona “meymun” adının qoyulmasından çox kədərləndiyini deyib.

Oğlunun yeməyi sevmədiyini və yalnız bananla qidalandığını söyləyən ana lal olan oğlunun insanlardan qorxduğu üçün meşəyə qaçdığını bildirib.

Qaçan oğlunun arxasınca qaçmalı olduğunu söyləyən ana qeyd edib ki, bəzən həftədə 230 kilometr qaçıram.

Kəndlilər də meşədə yaşamaq istəyən Ellini vəhşi heyvanların hücumundan qorumağa çalışdıqlarını, ancaq bacarmadıqlarını söyləyirlər”.

 

Nərminə Əli

Next Post

Sabah hava yağışlı olacaq

C Noy 27 , 2020
Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]
Sabah hava yağışlı olacaq