“Hədəf”-dən şəhid və qazi övladları üçün aksiya

Hədəf Şirkətlər Qrupu Azərbaycan Respublikası Prezidentinin komandanlığı ilə aparılmış Vətən müharibəsində iştirak edib, ölkəmizə qələbə sevinci yaşadan şəhidlərimizin əziz xatirəsini və qazilərimizin adını uca tutmaq və onlara ən yüksək dəyəri verdiyimizi bəyan edərək minnətdarlığını bildirmək məqsədi ilə yeni dəstək aksiyası keçirir.

Aksiya çərçivəsində aşağıdakılar nəzərdə tutulub:

1. Hədəf Kursları və Hədəf Liseyində təhsil alan və gələcəkdə təhsil alacaq şəhid və qazi övladlarının təhsil haqqı;

Hədəf Kurslarında:A) Şəhid övladlarına 100% güzəşt;
B) Qazi övladlarına 50% güzəşt;
Hədəf Liseyində:
A) Şəhid övladlarına 60% güzəşt;
B) Qazi övladlarına 30% güzəşt edilsin.

Bu prinsip bütün sınaq imtahanlarına da şamil ediləcək.

2. Hədəf Şirkətlər Qrupuna məxsus bütün şirkətlərdə işə qəbul prosesində şəhid ailələrinə və qazilərə üstünlük veriləcək.
3. Hədəf Kurslarının şagirdi və müəllimi olmuş şəhidlərimizin adı əbədiləşdirilsin, həmin filiallarda xüsusi otaqlardan biri onların adı ilə adlandırılıb, stendi hazırlanacaq.
4. Kitabevim.az mağazalarında şəhid övladları üçün bütün kitab və ofis malları maya qiymətinə satılacaq.

Qeyd edək ki,bu barədə Hədəf Şirkətlər Qrupunun baş direktoru f.ü.f.d. Şəmil Sadi

əmr imzalayıb.

 

Nərminə Əli

Next Post

Azərbaycanda pamblq yığımının orta məhsuldarlığı rekorda çatıb

Ca Noy 26 , 2020
Azərbaycanda bu il sahələrdən 320 542 ton pambıq yığılıb ki, bu da ötən ilin yekun göstəricisindən 25,5 min ton çoxdur. Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilib. Noyabrın 26-na olan məlumata görə, pambıq yığımında orta […]
Azərbaycanda pamblq yığımının orta məhsuldarlığı rekorda çatıb