Biləsuvarda şəkər çuğunduru yığımı yekunlaşıb

Biləsuvarda şəkər çuğunduru yığımı yekunlaşıb

Biləsuvarda şəkər çuğunduru yığımı baş çatıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il rayonda 266 hektar sahədə şəkər çuğunduru becərilib. Məhsul istehsalçılarının yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində plantasiyalarda məhsul bol olub. Yığıma mütəşəkkil başlayan əkinçilər sahələrdən 10 min 288 ton şəkər çuğunduru toplayaraq yığımı başa çatdırıblar. Hər hektarının məhsuldarlığı 386,8 sentner olub ki, bu da ötən ildəkindən 63,1 sentner çoxdur.

Qeyd edək ki, ötən il biləsuvarlı əkinçilər çuğundur sahələrindən 324 ton məhsul yığıblar.

Nərminə Əli

Next Post

Sabirabadda tədarük olunan pambığın 24 min tondan çoxu maşınlarla yığılıb

Ça Noy 24 , 2020
Sabirabadda pambıq yığımı başa çatmaq üzrədir. Hazırda sahələrdə 4-cü yığım gedir və məhsul toplanışı əl ilə aparılır. Hər gün sahələrdən 48-50 ton məhsul toplanır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il 8360 hektar pambıq sahəsindən 25 min 210 tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu […]
Sabirabadda tədarük olunan pambığın 24 min tondan çoxu maşınlarla yığılıb