Dadlı və faydalı BALQABAQ MÜRƏBBƏSİ

Dadlı və faydalı BALQABAQ MÜRƏBBƏSİ

Bu mürəbbə əsl təbii dərmandır. Soyuqdəymə, qanazlığı, vitamin çatışmazlığı zamanı çox yaxşı təsir edir və həmçinin çox dadlı və ətirlidir.

Tərkib:

– 1 kq balqabaq üçün 1 kq şəkər tozu 1 limon və 1 portağal götürülür.

Hazırlanması:

1. Meyvələr yuyulur, doğranılır, çəyirdəkləri çıxarılır (qabığı soyulmur).

2. Balqabaq soyulur, tikələrə doğranılır.

3. Bütün inqrediyentlər ətçəkən maşınından keçirilir, üzərinə şəkər tozu əlavə olunur, yaxşı qarışdırılır.

4. Kütləni qazana tökün, qaynara düşənə qədər qızdırın (qaynatmaq olmaz!), oddan götürün. Mürəbbə hazırdır.

Nuş olsun!

Nərminə Əli

Next Post

Almalı bulka

Ça Noy 24 , 2020
Tərkibi: xəmir: – 20 q yaş maya – 2-3 x.q. şəkər tozu – 1 qəhvə qaşığı duz – 2 st. süd (artıq da ola bilər) – 50 q ərinmiş kərə yağı – 2-3 x.q. zeytun yağı – 1 yumurta – 3-3,5 st. un – vanil – 2 x.q. təzə alma […]
Almalı bulka