Bu il Şəkinin fındıq bağlarından 4 min tonadək məhsul yığılıb

Bu il Şəkinin fındıq bağlarından 4 min tonadək məhsul yığılıb

Şəki rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 3 min 995 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 698 ton artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər rayon ərazisində 2,9 min hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 3 min 891 hektardır. Bu bağların 2 min 823 hektarı barverəndir.

Nərminə Əli

Next Post

Şəkidə üzüm istehsalı artıb

Ca Noy 5 , 2020
Şəki rayonunun təsərrüfatlarında üzüm yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə 307 hektar üzüm bağından 4248 ton məhsul əldə ediblər. Üzüm istehsalı ötən illə müqayisədə 51 ton artıb. İstehsal edilən məhsul əsasən daxili bazarlarda satılıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Qurumdan bildirilib ki, bağlardan […]
Şəkidə üzüm istehsalı artıb