Azərbaycanın sentyabrda ən çox məhsul ixrac etdiyi ölkələr açıqlanıb

Azərbaycanın sentyabrda ən çox məhsul ixrac etdiyi ölkələr açıqlanıb

2020-ci ilin sentyabr ayında Azərbaycanın ixrac icmalındakı tərəfdaşlarında cüzi dəyişikliklər olub.

AzFood  xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Belə ki, sentyabr ayında ixrac icmalında İran da yer tutub.

Belə ki, qeyri-neft və qaz məhsullarının ixracında Rusiya 35,7 milyon ABŞ dolları ilə öndədir. Daha sonra 27,8 milyon ABŞ dolları ilə İsveçrə, 25,1 milyon ABŞ dolları ilə Türkiyə, 7,6 milyon ABŞ dolları ilə Gürcüstan, 6,9 milyon ABŞ dolları ilə İran siyahıya daxil olub.

Nərminə Əli

Next Post

Havanın temperaturu 4-7 dərəcə enəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Ça Noy 3 , 2020
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 4-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əvvəlcə şimal və şərq bölgələrində, noyabrın 5-i axşamdan 7-si gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və şərq […]
Havanın temperaturu 4-7 dərəcə enəcək, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ