Paytaxtda yeni yaşıllıq zonaları yaradılır

Paytaxtda yeni yaşıllıq zonaları yaradılır

Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilməsinə başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata əsasən, paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə birlik tərəfindən şəhərin yeni yaşıllıq planı hazırlanıb.

Bildirilib ki, təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlanmış bu xüsusi plan Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq. Əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik olan ağcaqayın ağaclarından istifadə olunması nəzərdə tutulur.

Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək.

Nərminə Əli

Next Post

Osteoporozun qarşısını alan qida maddələri

Ça Noy 3 , 2020
Sümük kütləsinin azalması qocalma prosesinin bir hissəsidir. Bəzi insanlar qocalarkən həddindən artıq sümük kütləsi itirsə də, itirilmiş sümük kütləsini kifayət qədər tez bərpa edə bilmirlər. Belə hal osteoporoz adlanır və daha çox postmenopauza dövründə qadınlarda özünü büruzə versə də, osteoporoza yaşlı kişilərdə də rast gəlinir. Oteoporoz – sümük kütləsinin azalmasıdır. […]
Osteoporozun qarşısını alan qida maddələri