Göbələklə kələm dolması

Göbələklə kələm dolması

Çox dadlı və qeyri-adi dolma.

Tərkibi:

– ağ kələm

– 2 x.q. bitki yağı

– 500 q göbələk

– 2 x.q. tomat pastası

– 0,5 st. bişmiş düyü

– duz

– istiot.

Hazırlanması:

1. Kələm yarpaqlarını qaynayan suda 2-3 dəqiqə bişirin, sudan çıxarıb aşsüzənə yığın.

2. Düyünü bişirin (xəşil olmasın). Göbələyi təmizləyib bir buğum qaynadın,  doğrayın, düyü, duz-istiot, tomat pastası, bitki yağı əlavə edib qarışdırın.

3. Kələmlərin içini doldurub dolma kimi bükün. Əvvəlcə yağda qızardın. Sonra dərin divarları qalın olan qaba yığın. Tomat pastasını su və bitki yağı ilə qarışdırıb üzərinə gəzdirin və hazır olana qədər bişirin. (Su əvəzinə bulyon da götürə bilərsiniz).

Nərminə Əli

Next Post

Kapron kalqotkalar cırılmasın deyə sadə və effektli üsul

Bz Noy 1 , 2020
Kalqotkaların tez süzülməsi və cırılmasının qarşısını almaq üçün AzFood sizə çox sadə və eyni zamanda effektli üsul təqdim edirik. Təzə kalqotkanı bağlamadan çıxardıb isladın, sonra sellofan torbaya salın və buzxanaya qoyun. Növbəti gün çıxardın və qurudun. Bundan sonra kalqotkanın lifləri daha möhkəm olur və nəticədə kalqotka gec süzülür və cırılır.
Kapron kalqotkalar cırılmasın deyə sadə və effektli üsul