Warning: file_put_contents(index.php): failed to open stream: Permission denied in /home/qoshquaz/public_html/azfood.az/wp-includes/load.php on line 1105
Türkiyədə sentyabrda hotellərin doluluq səviyyəsi 50%-ə çatıb - Azfood
 

Türkiyədə sentyabrda hotellərin doluluq səviyyəsi 50%-ə çatıb

Türkiyədə sentyabrda hotellərin doluluq səviyyəsi 50%-ə çatıb

Bu ilin sentyabr ayında Türkiyədə hotellərin doluluq səviyyəsi 44,9% olub, lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,6% azalıb.

AzFood Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Hotelçilər Birliyinin sədri Mübərra Eresin yayıb.

Məlumatda deyilir ki, sentyabrda satılan orta gündəlik otaq qiyməti 4,8% artaraq 87,2 avroya çatıb.

M. Eresin qeyd edib ki, son 2-3 ay idi ki, turizm sektorunda müəyyən canlanma yaranıb: “Lakin koronavirus pandemiyasının artması ilə turizm sektoru yenidən sakit bir dövrə keçib. Həm mərkəzdə, həm də ölkənin ucqar, kənar yerlərində yerləşən hotellər hələ də bağlıdır. Bütün ümidlərimizi 2021-ci ilin ikinci yarısına bağlamışıq və həmin dövr üçün hazırlaşırıq”.

O vurğulayıb ki, İstanbulda hotellərin doluluq səviyyəsi sentyabrda 45,3% azalaraq 44,1% olub: “Antalyada isə hotellərin doluluq səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,2% azalaraq 60% olub. Satılan orta gündəlik otaq qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,7% artaraq 138,3 avro olub. Antalyada yanvar-sentyabr dönəmində ötən ilin müvafiq dövrü ilə müqayisədə hotellərin doluluq səviyyəsi 41% azalaraq 39,8% olub. Avropada hotellərin doluluq səviyyəsi 51,7% azalaraq 38,9% olub.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Guterres bəyan etmişdi ki, dünyada turizm sektorunda itki 1,2 trilyon ABŞ dollara çata bilər.

AzFood

Next Post

Ağ turpun faydaları

C Okt 30 , 2020
Bu tərəvəz nadir xüsusiyyətlərə malikdir. Fitonsidlərlə zəngin olan ağ turp immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır. Bu səbəbdən qış aylarında ağ turpu öz qidalanmanıza daha tez-tez daxil edin. Turpdan çox sadə və eyni zamanda dadlı və faydalı salatlar hazırlamaq olar. Bunun üçün sürtgəcdən keçirilmiş turp, kök və […]
Ağ turpun faydaları