Bakıda marketdən oğurluq edən şəxs saxlanıldı

Bakıda marketdən oğurluq edən şəxs saxlanıldı

Oktyabrın 21-də saat 13:00 radələrində Nəsimi rayonu ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən şəxs ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirirlib ki, 20-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini M.Mirzəyev olduğu müəyyən edilib. Ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 8-də həmin mağazadan 260 manat dəyərində ərzaq məhsulları və spirtli içki oğurlaması da müəyyən edilib.

Nərminə Əli

Next Post

“Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional konfrans işə başlayıb

Ca Okt 22 , 2020
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə oktyabrın 20-də “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional videokonfrans işinə başlayıb. Açılış nitqi ilə çıxış edən AQTA sədri Qoşqar Təhməzli iştirakçıları salamlayaraq bildirib ki, BMT-nin Baş Assambleyası tərəfindən 2020-ci ilin “Beynəlxalq bitki sağlamlığı ili” elan olunmasına həsr edilmiş bu tədbir də […]