Nazir: Aqrar sahədə davamlı inkişaf təmin edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir.

Azfood.az xəbər verir ki, bunu kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

“Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən narçılığın inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə davamlı inkişaf təmin edilib. 2018-ci ildə olduğu kimi 2019-cu ildə də aqrar sektorda artım 6%-dən yüksək olub. Təkcə bu ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb ki, bu da rekord göstəricilərdən biridir”, deyə nazir vurğulayıb.

AzFood

Next Post

Ölkədə nar istehsalı 155 min tona çatdırılıb

Şb Sen 28 , 2019