Bakıda karantin rejimini pozan restoran aşkar edilib HADİSƏ

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzFood-a verilən məlumata görə, Ş.Kamilov küçəsində yerləşən “Olympus” PUB restoranında sanitar-epidemioloji qaydaları pozan 3 işçi və 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub.

Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

AzFood

Next Post

Gül kələminin 10 faydası – Bu xəstələr üçün çarədir

Şb Sen 26 , 2020
Gül kələmi digər kələm növləri arasında ən faydalısıdır. Hazırda mövsümüdür və onu bacardıqca çox yeyin. Azfood.az Saglamolun.az-a istinadən bu kələmin hansı xəstəliklərdə faydalı olduğunu təqdim edir: 1. Bir stəkan çiy gül kələmi gündəlik C vitamini ehtiyacının yüzdə 50-ni, folat ehtiyacının yüzdə 14-nü, A vitamini ehtiyacının yüzdə 11-ni və pəhriz lifi […]